Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KAMRAN fars.

kam (arzu, istək) və ran (randan – sürmək feilinin kökü) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Azərbaycan dilində kamına, arzusuna, muradına yetişmiş, nail olmuş, çatmış, xoşbəxt, bəxtiyar mənalarını ifadə edir.

XX əsrdə Kamran adının məişətimizdə geniş yayılmasına əsas səbəblərdən biri, deyərdik ki, əsrin yemişinci illərində görkəmli türk yazıçısı Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərinin oxucular tərəfindən həddən artıq sevilməsi olmuşdur. Əsərin əsas surətləri Fəridə və Kamrana olan böyük məhəbbət onların adlarının yeni doğulan körpələrə verilməsi ilə öz ifadəsini tapmışdır. Bu da dilimizin antroponimik vahidlər sistemində mövcud Kamran adının yenidən populyarlaşması ilə nəticələndi. Kamran Azərbaycanda bu gündə dəbdə olan kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti