Türkiyə ərazisində yetişdirilən it cinsi.
Əsasən qoyun iti və qoruma istiqamətlidir. Cinsin adı Sivasın Kanqal ilçəsindən götürülüb. Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun ilə adı bağlıdır. Çəkisi: erkəklər 50-63 kq, dişi 41-54 kq, hündürlüyü 65-78 sm-ə qədərdir. K. əsasən qoyun iti istiqamətlidir. Bununla belə onların qoruma xüsusuyyətləri vardır. K. qaçarkən saatda 50 km-ə qədər sürət yığa bilir. K. gün ərzində uzun və ya kiçik yürüşə çıxarılmalıdır. Mülayim hava şərlərində çölə buraxılır. Xəz baxımına ehtiycı yoxdur.
Biologiya terminlərinin izahlı lüğəti