lat. capillaris – tük damarlar
Nazik qan damarları.
K. insanda və heyvanlarda arteriyaları venalarla birləşdirir. K.-ın divarı endotelial, bazal və adventisial təbəqələrdən ibarətdir. K.-ın divarından qanla toxumalar arasında maddələr və qaz mübadiləsi gedir. Limfa K.-ı diametrinin geniş və divarlarının nazik olması ilə qan K.-ından fərqlənir. K.-ın divarlarından toxumalarda olan zülali maddələrin kolloid məhlulları, su və həll olmuş kristallar sorulur.
Biologiya terminlərinin izahlı lüğəti