Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kar1 [kar] sifət

1. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. □ Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar. (Atalar sözü).
2. İsim kimi: qulağı eşitməyən adam. □ Karın könlündəki. Kar iki dəfə gülər. (Atalar sözü). Kar özünə sərf eləyəni eşidər. (Atalar sözü).
3. Məcazi mənada: laqeyd, heç bir şey eşitmək istəməyən adam haqqında. □ Elə bil kardır, söz eşitmir. Bar vaxtı bağbanın qulaqları kar olar. (Atalar sözü).

kar2 [kar] isim fars

İş, peşə, məşğələ, gəlir. □ Nə karın sahibidir? Hansı kar yiyəsidir? Kim harda doğuldu – orda da kara gəldi. (Atalar sözü).

kar3 [kar] isim fars

Təsir. □ Arsıza bir sillə kar eləməz. (Atalar sözü). Dəliyə ağıl, qaraya sabun kar eləməz. (Atalar sözü).

See also:

frazeologizm: kar aşmamaq frazeologizm: kar salmaq frazeologizm: kara gəlmək (yetmək) frazeologizm: kardan düşmək frazeologizm: karın könlündəki frazeologizm: karına gəlmək frazeologizm: qulağının kar yerinə salmaq frazeologizm: şeytan qulağı kar olsun coğrafiya: kar gölləri Azərbaycan dilinin izahlı lüğəti