əski türk. Qarluq
Üç böyük qəbilədən ibarət qədim türk tayfası.
K. (bəzi mənbələrdə – «qarluqlar») haqqında ilk məlumatlara V əsr qaynaqlarında rast gəlinir. Bu tayfa köçəri maldarlıq və ovçuluqla məşğul olub, sonralar isə oturaq əkinçiliyə keçib. VIII əsrdə Türk xaqanlığının süqutundan sonra güclənmiş K. Yeddisuda (Semireçyedə) Orta Asiyadan Çinə gedən karvan yolu boyunca məskunlaşıblar. 757–766-cı illərdə onlar Türkeşlər dövlətinin bütün ərazisini ələ keçiriblər, X əsrdə Qaraxanilər dövlətinin tərkibinə daxil olublar. 960-cı ildən etibarən K. arasında islam dini yayılmağa başlayıb. K.-ın ləhcəsi müasir özbək və uyğur dillərinin əsasında durur. Onlar özbəklərin, uyğurların və Orta Asiyada məskunlaşmış digər türk xalqlarının formalaşmasında iştirak ediblər.
Tarix terminləri lüğəti