XIX əsrin sonlarına qədər başqasının sifarişi ilə mətn tərtib edən və ya əsərlərin üzünü köçürən şəxs.
Katiblər daha çox saraylarda fəaliyyət göstərir, hökmdarların tapşırığı ilə başqa dövlətlərlə yazışmalara nəzarət edir, əmr və qanunların mətnini tərtib edirdilər. Onlar həmçinin saray kitabxanasına rəhbərlik edir, bəzən xəttatlıq funksiyasını da yerinə yetirirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin mühafizə olunmasında və yayılmasında katiblərin böyük xidməti olub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti