Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

katiblik [ka:tiblix'] isim

1. Katib vəzifəsini aparma. □ İlk təşkilat işlərini aparmaq üçün Abdulla Şaiq, Salman Mümtaz və məndən ibarət olan üçlük təşkil edilmişdi. Katiblik mənim öhdəmə buraxılmışdı. (A.Səhhət).
2. Hər hansı bir təşkilatın, idarənin təşkilat və icra mahiyyətində olan, cari işlərini aparan şöbəsi. □ Birləşmiş Millətlər Təşkilatının katibliyi.
3. Hər hansı bir təşkilatın, idarənin təşkilat və icra mahiyyətində olan, cari işlərini aparan şöbənin işçilər heyəti.
4. Protokol işlərini aparmaq, qərarlar hazırlamaq və s. üçün yığıncaqda, konfransda və s.-də seçilən şəxslərdən ibarət heyət. □ Nümayəndələr konfransın rəyasət heyəti və katibliyini seçdilər.

Azərbaycan dilinin izahlı lüğəti