1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina – qibləgah. □ Kəbə ziyarətinə getmək.
2. Məcazi mənada: əsas, mərkəz. □ Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. (C.Məmmədquluzadə).
3. Məcazi mənada: ən əziz, ən istəkli, ən müqəddəs sayılan şey haqqında. □ Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. (S.S.Axundov).