Reklam
Reklam

Məsəllər, deyimlər

BƏNİ YIXMAQ ÜRƏK YIXMAQDAN YAXŞIDIR

►İnsan qəlbinə toxunmağın, ürək sındırmağın daha bağışlanmaz bir qəbahət olduğunu bildirən ifadə.

İfadə Məhəmməd peyğəmbərə aid olan və geniş yayılmış dini hədislərdən biri ilə bağlıdır.

Həmin hədisdə peyğəmbərə istinadən belə şərh olunur ki, ürәyi (yәni insanı) Allah yaratmış, Kəbәni isә İbrahim peyğəmbәr bina etmişdir. Lakin İbrahim bir peyğәmbәr olmaqla bәrabәr, hәm də insandır, Allahın yaratdığı bir varlıqdır. Bu səbəbdən də insanın yaratdığı Kəbədən Allahın yaratdığı ürәk daha qiymәtlidir.

XVII әsrdә yaşamış mәşhur Sarı Aşıq bayatılarının birində «Kəbə yıxmaq bir evdi, könül yıxmaq yüz qandı» deyirdi. Deməli, əsrlərdən üzü bəri insanın qəlbinə dəymək, onun ürəyini qırmaq arzuolunmaz davranış kimi qəbul edilib.

Bu məsəlin ifadə etdiyi məna klassik ədəbiyyatda və müasir poeziyamızda geniş təbliğ olunur. İfadənin təlqin etmək istədiyi əsas məqsəd isə insanları bir-birini anlamağa və incə davranışa çağırışdır.

Məsəllər, deyimlər