Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

keçəl [keçəl] sifət

1. Baş dərisinin xəstəliyi nəticəsində başının tükü tökülmüş. □ Keçəl adam. Keçəl uşaq.
2. İsim kimi: başı keçəl olan adam. □ Keçəl çarə (dərman) bilsə, öz başına eylər. (Atalar sözü).
3. Tüksüz başın vəziyyəti, görünüşü. □ Uzunsov başının yan tərəfi parıldayan tələbə də utanıb susdu, keçəlinə gülürdülər. (M.Hüseyn).
4. Məcazi mənada: ot bitməyən, çılpaq, daz. □ Dibində su tapdım – şərbətə bənzər; Keçəl yoxuşların, qozbel diklərin. (M.Araz).

See also:

frazeologizm: başını keçəl eləmək frazeologizm: keçəl başda dəlləklik öyrənmək frazeologizm: keçəl halva yeyər, puluna minnət frazeologizm: keçəl suya getməz frazeologizm: ya keçəl Həsən, ya Həsən keçəl Azərbaycan dilinin izahlı lüğəti