Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

keçib-getmək [keçip-getməx'] feil

1. Ötüb-getmək. □ Geri qayıtmağa tənbəllənib, usta bir təhər .. keçib-getdi. (Y.V.Çəmənzəminli).
2. Yox olmaq, silinib getmək, yaddan çıxmaq, unudulmaq. □ Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur. ..Bunların hamısı keçib-gedər, sən də keçib-gedəcəksən. (M.S.Ordubadi).

Azərbaycan dilinin izahlı lüğəti