Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəhrəba [kəhrəba] isim fars

1. Müxtəlif xırda bəzək şeyləri qayrılan qatranlı şəffaf, sarı və ya sarı-qonur rəngli bərk maddə. □ Kəhrəbadan qayrılan muncuq. Kəhrəbadan bilərzik.
2. Həmin maddədən qayrılmış bəzək (şeyi). □ Gümüş biləklərin, bəyaz qolların; Sarı kəhrəbası, hayıf ki, yoxdur. (M.P.Vaqif).
3. Sifət kimi: həmin maddədən qayrılmış. □ Kəhrəba qolbaq. Kəhrəba müştük.
4. Məcazi mənada: bərk, qatı. □ Kəhrəba kimi qaymaq. Kəhrəba kimi un.

Azərbaycan dilinin izahlı lüğəti