Reklam
Reklam

Etimologiya lüğəti

Kiyev

Murad Aci “Qıpçaq çölünün yovşanı” (Bakı, 1997) kitabının 39-cu səhifəsin­də yazır: V əsrdə Avarıstan, Bulqarıstan, Xəzəristan, Qazaxıstan, Ukrayna birlikdə Qıpçaq çölü adlanıb. Kiyevin böyüyü xaqan sözü ilə əks etdirilib. Kiyevlilər türklər olublar. Kiyev sözü də türkcədir: göyev (kürəkən yurdu, göy evi). O vaxt Kiyev çox uzaq, kənar bir yerdə yerləşirdi və ora  qıraq da deyilə bilərdi.  Qıraq sonradan slavyanca окраина kimi tərcümə olunub. Kiyevdə ilk məskunlaşma V-VI əsrlərdə başlayıb və bu adamlar türklər olublar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti