Reklam
Reklam

Etimologiya lüğəti

kolbasa

Bəzən bunun qolbasmaq sözləri zəminində əmələ gəlməsini zənn edirik. Amma kolbasanın (bağırsağın) diametri qolun diametrindən çox kiçik olduğu üçün bu, mümkün deyil. M.Fasmer sözü başqa cür şərh edir: “ мясо, жаренное на рашпере” (təxminən “manqal” sözünə uyğun gəlir). Raşper samovarın odluğunun aşağısında olan gözcükləri xatırladan deşikləri  olan tərəcədir (решетка), oradan hava daxil olur və kül yerə tökülür. Deməli, kolba­sa qolla bağlı deyil, küllə (odla) bağlıdır; basmaqla yox, bişməklə əla­qədardır. Sözün qədim mənası “odda bişirilən” deməkdir. Görünür, bağırsağın içini doldurduqdan sonra onu odun üstündə qurudurmuşdular. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti