Reklam
Reklam

Məsəllər, deyimlər

KOLUMB YUMURTASI

►Hər hansı mәsәlәnin gözlәnilmәz, amma sadə şәkildә hәllinin olduğunu bildirmək məqsədilə işlәdilən ifadə.

İfadə məşhur səyyah Kolumbla bağlı əhvalatdan qaynaqlanır.

Rəvayәtә görә, Amerikanı kәşf edib qayıdandan sonra X.Kolumb bir dәfә kardinal Mendozanın sarayına ziyafətə dәvәt edilmişdi. Qonaqların xahişi ilә öz sәyahәti haqqında məlumat verən Kolumb Yeni Dünyanı necә kәşf etdiyindən danışmağa başlamışdı.

Guya məclisdәkilәrdәn biri Kolumba demişdi ki, Amerikanı kәşf elәmәk o qәdәr dә çәtin şey deyilmiş, bunun üçün sadəcә aramsız olaraq qәrbә üzmәk lazım imiş. Cavab olaraq Kolumb mәclisdәkilәrdən yumurtanı şaquli şәkildә (dikinə) qoymağı bacarıb-bacarmadıqlarını soruşur. Dostları nә qәdәr çalışırlarsa, yumurtanı bu şәkildә qoya bilmirlər və bunun mümkün olub-olmadığını Kolumbdan soruşurlar. Kolumb yumurtanın küncünü sındırıb onu şaquli şəkildә qoyur. Dostları etiraz edirlәr ki, yumurtanı sındırmaq haqqında şәrtlәşmәmişdilәr. Kolumb cavab verir ki, axı aramsız şәkildә qәrbə üzmәk haqqında da şәrtlәşməmişdilәr.

Tәdqiqatçılar bu rәvayətin tarixi hәqiqәtә uyğun olmadığını göstәrirlәr. Bu ifadәnin müәllifi mәşhur Florensiya kilsәsinin tikintisinә rәһbәrlik edәn arxitektor Brunelleski (1377–1446) idi. O yazmışdı: «Bu yumurta şaquli vәziyyәtdә necә durursa, mәnim tikdiyim qüllә dә elәcә möһkәm durur».

Məsəllər, deyimlər