alm. der konzern < ing. concern – hərfi mənası: münasibət, aidiyyət
İnhisarçı birliklərin ən yüksək səviyyədə inkişaf etmiş və ən çox yayılmış formalarından biri.
K. mülkiyyət birliyinə və vahid nəzarət prinsipinə əsaslanır. Sindikat və karteldən fərqli olaraq K.-ə daxil olan müəssisələr müstəqil deyil; onlar birliyə başçılıq edən maliyyə qruplarının nəzarəti altına keçir. K.-də müxtəlif sənaye sahələrinin müəssisələri cəmləşir ki, bu da onu digər inhisar birliklərindən fərqləndirir; məs.: “Mitsubishi” K.-nin tərkibində avtomobil, elektronika, gəmiqayırma və s. sənaye sahələrinin müəssisələri toplanıb. İlk K.-lər I Dünya müharibəsindən (1914–1918) sonra Almaniyada yaranıb.
Tarix terminləri lüğəti