Özlü mayenin, özlü plastik və ya özlü elastik maddənin reoloji xassələri məcmusu; konsistentlik.
K. anlayışı ona yaxın olan digər reoloji anlayışlardan (özlülük, axıcılıq, plastiklik və s.) fərqlənərək, bəzən öz dəqiq fiziki mənasından əlavə, bir texnoloji termin kimi, mayetəhər və bərktəhər material və məhsulların qatılıq dərəcəsini (qəlizliyini) göstərir. İstehsalatda K. termini vəsfi mənada işlədilir, məsələn, “bal K.-lı”, “kərə yağ K.-lı” və s. K. konsistometr cihazında şərti vahidlər və ya özlülük göstəriciləri ilə ölçülür.
Fizika terminlər lüğəti