Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kora1

Ağdam, Başkeçid, Bolnisi, Borçalı, Böyük Qarakilsə, Daşkəsən, Gədəbəy, Gəncə, Xanlar, Kəlbəcər, Qazax, Şəmkir, Tərtər, Tovuz

Mıx.  Duhara çalmağa bir-iki kora verginən yazarpeşədən (Gədəbəy); Bı kora yoğundu, ağacı dağıder (Qazax); Koroyu kəlpətinnən çıxardellar (Borçalı); Koroyu atın əyağına nala çalerıx (Daşkəsən); Dəmirçilər ki qayrer, ona biz kora deyerix' (Qazax).

kora2

Quba

Topa. □ Alma korası ular da, alma korası.

kora3

Cəbrayıl

Təzə doğulmuş quzular saxlanılan yer.  Apar o quzunu da at korıya, qoy orda qalsın.

kora4

Böyük Qarakilsə, Füzuli, Meğri

Kin, ədavət.  Biz nə biləx' ki, Cəbrayıl yüzbaşının ürəyində kora var (Meğri);

Korası varmış, dayna (Füzuli).

See also:

Azərbaycan dilinin dialektoloji lüğəti