Hər hansı müəssisədə çalışan insanların, müəyyən peşə sahiblərinin kollektiv dəyərləri, ənənələri və davranış normaları məcmusu.
K.E. jurnalistin öz redaksiyası və həmkarları qarşısında daşıdığı məsuliyyətdən irəli gəlir. Mediada K.E. prinsipləri hər redaksiyanın, təşkilatın daxili sənədlərində, yaxud jurnalistlərin ortaq peşə əxlaqı kodekslərində əksini tapır. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının son fəsli məhz bu funksiyanı yerinə yetirir. Həmin fəsildə jurnalistlərdən peşəsinin və çalışdığı media orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməmək, redaksiya sirrini qorumaq, həmkarları ilə münasibətlərini qarşılıqlı hörmət və vicdanlı rəqabət prinsipləri əsasında qurmaq, hücuma məruz qalan həmkarlarını dəstəkləmək və s. tələb olunur.
Jurnalistika terminləri lüğəti