İnşaat, tikinti işləri ilə bağlı oxunan əmək nəğmələri.
K., əsasən, bənnalar tərəfindən oxunur və daha çox bu peşə ustaları arasında geniş yayılıb:
– Ver, babam, kərpic!
– Al, babam, kərpic!
– Durma, ver kərpic!
– Verdim, al kərpic!
“K.” sözünü təkcə kərpic atmaq, tullamaq kimi izah etmək düzgün olmazdı. Belə ki, el arasında mahnı oхumağa “qəzəl atmaq” da deyilir. Buradakı “atmaq” sözü oхumaq mənasını da verir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti