Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

küfrüməx'1

Çənbərək

Kökəlmək. □ Seydalı küfrüyüf boynu dömmür; Zalı yaman küfrüyüf, bildirrəri burnun tussan canı çıxardı.

küfrüməx'2

Çənbərək

Suyu çoxalmaq, aşıb-daşmaq.  Bu axşam çay küfrüyüf, uşağı yaxın qoyma:n.

küfrüməx'3

Çənbərək

Üstələmək, üstün gəlmək. □ İxdiyar Yedyarı yaman küfrüyürdü.

Azərbaycan dilinin dialektoloji lüğəti