İki mənası var:
1. Orqanizmdə üçbucağı xatırladan sümük.
2. Ağacdan hazırlanmış bel. Kürək ismi ilə kürəmək feili eyni kökə malikdir. Sümük və bel mənasında işlədilən kürək sözü tarixən eyni olub və bel (lopatka) sümüyə oxşadığı üçün kürək adlandırılıb. Kürək və kürümək düzəltmə sözlərdir. Kür sözünün qədim mənası “yastı” deməkdir, həmin sözdən yaşamaq, qanamaq kəlmələrinin qəlibi üzrə kürəmək feili düzəldib, -k şəkilçisi döşək qəlibi üzrə onu ismə çevirib. Bərk-i-mək qəlibi üzrə isə kür-ü-mək feili meydana çıxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti