alm. kurfürsten < kur – seçki, seçilmə + fürst – knyaz
“Müqəddəs Roma imperiyası”nda XIII əsrdən etibarən kralı (imperatoru) seçmək hüququ olan knyazlar.
Öncə Trir, Köln və Maynts arxiyepiskopları, Saksoniya, Branburq və Pfaltsın dünyəvi knyazları, eləcə də Çexiya kralı K. sayılıblar. Sonralar K.-in tərkibində dəyişikliklər baş verib. Onların hüquqları və xüsusi imtiyazları IV Karlın “Qızıl bulla”sı (1356) ilə müəyyənləşib. Reyxstaqda K. kollegiyası birinci kurianı təşkil edib. İmperiyanın ləğvi (1806) ilə K. kollegiyası fəaliyyətini dayandırsa da, bu titulun özü formal olaraq 1866-cı ilədək saxlanılıb.
Tarix terminləri lüğəti