Reklam
Reklam

Tarix terminləri lüğəti

labirint

yun. labyrinthos

Mürəkkəb planlı, çoxsaylı otaqlar və dolaşıq dəhlizlərə malik tikili.

Antik müəlliflərin (Herodot, Diodor, Strabon və s.) əsərlərində qədim dövrlərdə belə tikililərin təsvirinə çox rast gəlinir. Müasir dövrdə isə L. termini ilk dəfə XVIII əsrdə alman dilində işlənib və digər dillərə keçib. Terminin əsasında dayanan labyrinthos sözünün etimologiyası dəqiq müəyyənləşməyib. Onun qədim yunan dilində “dar küçə”, “dalan”, “dar boğaz” mənaları verdiyi ehtimal olunur. Yunan rəvayətlərinə görə, antik rəssam və mühəndis Dedalın Krit padşahı Minos üçün yaratdığı saray, eləcə də Misirdə Fəyyum yaxınlığında yerləşən və 3 min otaqdan ibarət olan tikili ən məşhur L.-lər hesab edilir. Məcazi mənada dolaşıq və çıxılmaz vəziyyətlərə də L. deyirlər.

Tarix terminləri lüğəti