Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

LALƏ

fars. lala iri ləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin gülünün adıdır. Azərbaycanda qırmızı rəng mənasını da ifadə edir.

Türk antroponimik vahidlər sistemində mövcud Lalə qadın adı, əsasən, dağlıq ərazilərdə bitən, çox gözəl qırmızı rəngli gülün adındandır. XX əsrin ortalarından məişətimizdə geniş yayılmış qadın adlarındandır. Əminliklə demək olar ki, Lalə bu gün dəbdə olan qadın adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti