Keçmişdə Azərbaycanda, xüsusilə Naxçıvan və Şəki-Zaqatala bölgələrində geniş yayılmış uzunboğaz ayaqqabı növü.
L.-ın üzlüyü tumac və keçədən, altı isə göndən tikilib. Onu geyərkən boğazının kəsik hissələrini üst-üstə qoymuş, qaytanla dolayaraq bağlamışlar. Dağ kəndlərində bu ayaqqabıdan XX əsrin əvvəllərinədək istifadə olunub.
Tarix terminləri lüğəti