Misranın bir tərəfində bənzəyənlərin, digər tərəfində bənzədilənlərin sadalandığı təşbeh.
Nümunə:
Bülbülü-qəmzədəyəm, bağü-baharım sənsən,
Dəhənü qəddi-rüxün, qönçəvi-sərvi-səmənim... (M.Füzuli)
Beytin ikinci misrasında əvvəlcə bənzəyənlər, sonra isə müvafiq sıra ilə bənzədilənlər verilir. Belə ki, burada dəhən (ağız), qədd (boy), rüx (üz) – bənzəyən, qönçə (çiçək), sərv (ağac), səmən (yasəmən gülü) isə bənzədiləndir. Göründüyü kimi, şair gözəlin ağzını qönçəyə, boyunu sərv ağacına, üzünü gülə bənzədir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti