Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ləvənd1

Cəbrayıl, Cəlilabad, Salyan, Göyçay, Qazax, Lənkəran

1. Avara, yaramaz (Qazax).  Ləvənd oğlu ləvənd gəlif çıxmadı.

2. Bacarıqsız (Cəbrayıl). □ Məmməd işdə çox ləvənddi.

ləvənd2

Lənkəran

Çox yeyən (adam). □ Bu ləvənd İsanın qarnı doymaz.

ləvənd3

Qax

İriayaqlı (adam).

Azərbaycan dilinin dialektoloji lüğəti