1. Xəbər mətninin ilk qısa abzası, jurnalist materialının mühüm struktur elementi.
L.-in məqsədi auditoriyanın diqqətini dərhal cəlb etmək və onu materiala “bağlamaqdır”. Bunun üçün L. informativ, yığcam və mümkün qədər parlaq, yaddaqalan olmalıdır. □ Uğurlu lid.
2. İnternetlə yayılmış reklam müraciətinə potensial istehlakçının reaksiyasını səciyyələndirən istənilən məlumat.
L. – internet-marketinqinin əsas anlayışlarındandır. □ İstehlakçı lidi.
Azərbaycan dilinin izahlı lüğəti