Reklam
Reklam

Məsəllər, deyimlər

LİNÇ MƏHKƏ

►Adamların məhkəməsiz, qanunsuz olaraq vәhşicәsinә, qәddarlıqla, amansız şәkildәzalandırılması, sorğu-sual edilmədən barələrində hökm çıxarılması haqqında işlədilən ifadə.

İfadə ABŞ-da Linç soyadlı şəxsin özbaşına, guya ədalət məhkəməsi quraraq insanları qəddarlıqla cəzalandırması ilə bağlı yaranmışdır.

Bəziləri bunun kökünün XVIII əsrə gedib çıxdığını hesab edirlər. Belə ədalət məhkəmələrinin əsasını qoyan isə Virciniya sakini Vilyam Linç sayılır. O, qonşularından ibarət qeyri-rəsmi «polis» yaradaraq qanundan qaçan «günahkarları» cəzalandırırdı (bir çoxları belə dəstələrin yaradılmasını Virciniyanın başqa bir sakini Çarlz Linçin adına çıxırlar). Linç mәhkәmәsinә mәruz qalan adamlar döyülür, şikәst edilir, asılır, yaxud diri-diri yandırılırdı.

Sözlərin etimologiyasını araşdırmış Ayzek Azimov bu ifadənin etimologiyasını mədəni dünyanın illər ərzində formalaşdırdığı ədalət sisteminin mükəmməl olmadığı vaxtlarla əlaqələndirir. Təbii ki, belə hallar təqsirləndirilən şəxs tərəfindən törədildiyi iddia edilən cinayət hamıda qəzəb oyadanda (məsələn: Vəhşi Qərbdə at oğurluğu kimi) və ya günahkar şəxs əhalinin «qeyri-populyar» qrupuna (məsələn: zənci) mənsub olanda baş verirdi. Kütlə tərəfindən bu cür ədalət məhkəmələrinin qurulması Birləşmiş Ştatlarda (əsasən, cənubda) hətta XX əsrdə belə geniş yayılmışdı.

Başqa bir mənbə – «Deyli-teleqraf» qәzeti iddia edir ki, «Linç mәhkәmәsi» ifadәsinin tarixi daha qәdimdәn – XV әsrdәn başlanır və İngiltәrәdəki Holuey şәhәrinin meri olmuş Linçin adı ilə bağlıdır. Həmin mer İspaniyadan öz dostunun oğlunu qonaq çağırmışdı. Bu qonaq bir qız üstә merin oğlu ilә dalaşmış vә öldürülmüşdü. Bu cinayәtinә görә mer öz oğlunun asılması barədə әmr vermiş və işin icrasına heç kәs cәsarәt etmәdiyi üçün özü kəndiri qatilin boğazına keçirmişdi.

Məsəllər, deyimlər