lat. lobium – qalereya
1. Parlamentin və ya hökumət qurumlarının qərarlarına təsir göstərmək yolu ilə cəmiyyətin müəyyən dairələrinin, müəssisələrin maraqlarını müdafiə edən təşkilat, qrup, yaxud şəxs.
Bu sahədə fəaliyyət isə lobbizm adlanır. L. siyasi institut kimi ABŞ-da yaransa da (1946-cı ildə ölkədə L. haqqında xüsusi qanun qəbul edilib), hazırda dünyanın bütün demokratik dövlətlərində geniş yayılıb.
2. Bir ölkənin başqa ölkədə maraqlarını təmin etmək, müsbət imicini yaratmaq üçün fəaliyyət göstərən təşkilat, qrup, şəxs.
Tarix terminləri lüğəti