Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

lobbiçilik

lat. lobium – qalereya

Dövlət orqanlarının qərarlarına təsir göstərmək yo­lu ilə cəmiyyətin müəyyən dairələrinin ma­raqlarını müdafiə edən, yaxud bir ölkə­nin başqa ölkədə maraqlarını təmin et­mə­yə, müsbət imicini yaratmağa çalışan təş­ki­lat­ların, qrup və şəxslərin fəaliyyəti.

L.-lə xüsusi şirkətlər, KİV və jurnalistlər, diaspora cəmiyyətləri ilə yanaşı, dövlət ­or­qanlarının öz məmurları, deputatlar da məş­ğul ola bi­lərlər. Bəzi ölkələrdə L. fəa­liyyətinin dövlət idarəçiliyinə vura bi­ləcəyi ziyanın qarşısını almaq məqsədilə xüsusi qanunlar qəbul olunur.

See also:

Jurnalistika terminləri lüğəti