Dişi at. (“Koroğlu” dastanının lüğəti)
Bir gün ilxıçılardan biri Mirzəyə xəbər gətirdi ki, Ceyhun çayından bir at çıxıb iki madyana basıb, sonra qayıdıb suya giriblər. Mirzə bu xəbəri eşidən kimi ilxının içinə girib o iki madyanı damğaladı, ilxıçıya tapşırdı ki, gözdə-qulaqda olsun, madyanlar doğanda ona xəbər versin. (Paris nüsxəsi, 1-ci məclis)
*
Ərəb Reyhan atı yel kimi çapırdı. Onun atı madyan idi, adına Ağcaquzu deyirdilər. Qırat madyan iyini bir ağaclıqdan alıb qulaqlarını eşşək qulağı kimi aşağı salladı. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası