media nəzəriyyəçisi Maklüenin adından
Rabitə və ünsiyyət vasitələrinin cəmiyyətin inkişafında həlledici rolu barədə konsepsiya.
İdeyanın əsasını «kommunikasiya vasitəsi özü məlumatdır» tezisi təşkil edir. Kanadalı sosioloq və media nəzəriyyəçisi Marşall Maklüenin adı ilə bağlı olan bu konsepsiyaya görə, cəmiyyətin inkişafı ictimai-iqtisadi formasiyaların (feodalizm, kapitalizm və s.) bir-birini əvəzləməsi ilə deyil, kütləvi ünsiyyət, xüsusilə elektron kütləvi informasiya vasitələri sahəsində tərəqqi ilə şərtləndirilir və məhz bu tərəqqi insana ətraf mühiti qlobal miqyasda dərk etmək, ona təsir göstərmək imkanı verir.
Jurnalistika terminləri lüğəti