Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

mal1 [mal] isim

1. İribuynuzlu ev heyvanı; mal-qara, qaramal (inək, öküz, camış və b.); iribuynuzlu heyvan sürüsü. □ Malı naxıra qatmaq. Mal damı.
2. Fərasətsiz, dilsiz, düşüncəsiz, key adam haqqında. □ Malın biridir.

mal2 [mal] isim

1. Qiyməti olan və cəmiyyətdə alqı-satqı yolu ilə paylaşdırılan əmək məhsulu; ümumiyyətlə, alver obyekti olan hər şey; əmtəə. □ Çoxişlənən mallar.

2. Parça, arşınmalı (çit, mahud, ipək və s.). □ Heç kəs malın üzünə baxmır. (M.F.Axundzadə).
3. Var-dövlət, sərvət; mal-əmlak. □ Dünyanın malı; Cahü cəlalı; Şövqü vüsalı; Bu balama qurban! (Layla).
4. Vulqarizm. Məcazi mənada: gözəşirin qadın (qız) haqqında.

See also:

frazeologizm: ata malı kimi frazeologizm: dünya malı frazeologizm: mal yiyəsinə oxşayar frazeologizm: malı mala qatmaq frazeologizm: malım yox, divan apara, imanım yox, şeytan apara frazeologizm: malları şərikli düşmək frazeologizm: özgə malına göz dikmək Azərbaycan dilinin izahlı lüğəti