ər. malik – sahib, məxsus + fars. xanə – ev
1. Geniş mənada: feodal torpaq mülkiyyəti və bununla bağlı feodal-asılı kəndlilər üzərində hüquqlar kompleksi.
2. Dar mənada: bütün torpaq sahəsinin çox hissəsini təşkil edən, təhkimli kəndlilərin biyar əməyi ilə becərilən iri və orta feodal təsərrüfatı.
M. sahibi mülkədar adlanıb. XVI–XVIII əsrlərdə Şərqi və Mərkəzi Avropada M.-lər xüsusilə geniş yayılıb. Müsəlman Şərqində, o cümlədən Azərbaycanda belə iri feodal M.-ləri olmayıb. XVIII əsr – XX əsrin əvvəllərində isə bu termin “mülk” sözünün sinonimi kimi işlədilib.
3. Yaşayış binasından, təsərrüfat və s. xarakterli tikililərdən, parkdan ibarət vahid memarlıq kompleksi.
Mülkədar M.-sində ağalıq evi, bir və ya bir neçə əlavə tikili (fligel), oranjereya və park, təsərrüfat həyəti olub. XVIII əsrin sonu – XIX əsrin əvvəlində yaranmış şəhərtipli M.-lərdə isə şəxsi ev, “xidmət yerləri” (tövlə, karetlər saxlamaq üçün bina və s.) tikilib, həyət düzəldilib, yaxud kiçik bağ salınıb. XIX əsrdə Azərbaycanda da (Gəncə, Bakı kəndləri və s.) M.-lər olub.
Tarix terminləri lüğəti