fin. Mannerheim-linja
Fin körfəzi ilə Ladoqa gölü arasında, Kareliya bərzəxinin Finlandiyaya aid hissəsində SSRİ-nin mümkün təcavüzünün qarşısını almaq məqsədilə inşa olunmuş istehkamlar sistemi.
1927–1939-cu illərdə yaradılmış və fin ordusunun baş komandanı Karl Mannerheymin (1867–1951) adı verilmiş bu sistem 132–135 km uzunluğunda üç (ön, orta və arxa) müdafiə xəttindən ibarət olub. 1939–1940-cı illər SSRİ–Finlandiya müharibəsində M.X. sovet qoşunlarının hücumunun qarşısının alınmasında mühüm rol oynayıb. Sovet ordusunun canlı qüvvə və hərbi texnika baxımından ikiqat üstünlüyünə baxmayaraq, finlər uzun müddət müdafiədə davam gətiriblər. 1941-ci ilin iyununda Almaniyanın SSRİ-yə hücumundan sonra faşistlər tərəfindən ələ keçirilən M.X.-ni sovet qoşunları 1944-cü ildə yenidən böyük itkilər hesabına almalı olublar.
Tarix terminləri lüğəti