Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MARAL

azərb. maral budaq kimi buynuzları olan, haçadırnaqlı heyvanın adıdır.

Sözün məcazi mənası isə gözəldir. Klassik poeziyada olduğu kimi, müasir şeirdə də gözəl mənasında tez-tez rast gəlinir. Müasir Azərbaycan dilində maral sözünün gözəl mənasında işləndiyi kifayət qədər ümumişlək ifadələr mövcuddur. Məsələn, Maral kimi idi, Maral yeriçini görasan. Ela bil qız maral idi, Qız dema, bir maral de və s. Maral qadın adı da sözün məcazi mənası ilə əlaqədardır, başqa sözlə, gözəl anlamını ifadə edir. Adın daşıyıcılarından Xalq Rəssamı, respublika Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916-2004) dəzgah qrafikasının inkişafına böyük töhfələr vermiş rəssamlarımızdandır. Dövrünün görkəmli sənətkarlarından olan Maral xanımın yaradıcılığında tarixi keçmiş və yaşadığı dövr təsvir olunmuş, müasirlərin obrazları, elmi və lirik peyzajlar, kənd və şəhər adamlarının məişətinin özünəməxsus fərdiliyi öz əksini tapmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti