Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

marğız1

Bərdə, Xanlar, Yevlax

Arx. □ Sahəyə dört marğız çəkilib (Bərdə); Marğız çəkdim bosdanı sulamağa (Yevlax); Marğızı çəkellər kin, su basıf oan-buan e:tməsin (Xanlar).

marğız2

Şəki

Qamış. □ Harda bir marğız göyərər, uşax kəsif dütdəx' qayrar.

Azərbaycan dilinin dialektoloji lüğəti