Məməlilər sinfinin kürəkayaqlılar dəstəsinə aid olan növ.
M.B. yer üzündə ən böyük heyvandır. Orta uzunluğu 24 m-ə qədərdir. 1909-cu ildə çəkisi 200 ton olan 33 m 58 sm uzunluqda M.B. təsadüf olunub. M.B. tipik plankton yeyəndir. Dənizin üst qatlarında xərçənglərlə qidalanır. Balıq yemir. M.B. saatda 11 km sürətlə üzür. Hürkən zaman sürəti 33-40 km/saata çatır. M.B. ultrasəs vasitəsilə bir-birinə işarə verir və şikarlarını tapırlar. Adı qırmızı kitaba düşmüşdür.
See also:
Biologiya terminlərinin izahlı lüğəti