Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

maya1 fars 

1. Dişi dəvə.

2. Məcazi mənada: ağ, dolğun qadın haqqında. (“Koroğlu” dastanının lüğəti)

Ər məhəbbətində ola mötəbər,

Kərgədan bədənli, ağ maya dilbər,

Mərd meydanda bir iyidə bərabər,

Doğduğu hünərli bir oğlan ola.

         (“Koroğlu”. Qoşmalar) (Hümmət Əlizadə)

maya2 fars

Gəlir əldə etmək üçün qoyulan pul; sərmayə // ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ. (“Koroğlu” dastanının lüğəti)

Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm, damazlıq düzəldəm. (“Eyvazın Çənlibelə gətirilməyi”)

Azərbaycan dastanlarının leksikası