Reklam
Reklam

Tarix terminləri lüğəti

mayuskul yazısı

lat. majusculus – bir qədər böyük

Yalnız böyük hərflərdən (mayuskullardan) ibarət qədim yunan və latın (o cümlədən Bizans) yazısı.

Yunan M.Y.-nda klassik yunan əlifbası (e.ə. IV əsr), latın M.Y.-nda monumental latın əlifbası (e.ə. VI–IV əsrlər) istifadə olunub. Bizans mayuskuluna isə ustav (eynihəcmli) və unsial (kalliqrafik) yazıları (V–IX əsrlər) aid edilir.

See also:

Tarix terminləri lüğəti