fr. médaille < it. medaglia < lat. metallum – metal
1. Görkəmli xadim və ya mühüm hadisənin şərəfinə buraxılmış, hər iki (bəzən bir) tərəfində təsvir olan metal nişan.
M. ilk dəfə XIV əsrdə İtaliyada buraxılıb. XVII–XVIII əsrlərdən onu zərb etmək dövlətin müstəsna hüququ sayılır. M. dairəvi, oval, bəzi hallarda çoxtərəfli formada olur.
2. Xidmətlərə görə verilən dövlət mükafatının (təltifin) bir növü.
Mükafat kimi M. ilk dəfə XVII əsrdə İsveç kralı Qustav Adolf tərəfindən təsis edilib. XVIII əsrdən bu prinsip Polşa, Fransa, Prussiya və digər Avropa ölkələrində də tətbiq olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət “Qızıl Ulduz”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Tərəqqi” və s. M.-lar təsis edib.
Tarix terminləri lüğəti