Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

mədəni1 [mə:dəni] sifət ərəb

1. Mədəniyyətcə çox inkişaf etmiş, mədəniyyətin yüksək dərəcəsində olan. □ Mədəni mühit. Varlı və mədəni həyat.
2. Cəmiyyətdə özünü aparma üsullarına, ədəb qaydalarına yaxşı bələd olan; tərbiyəli. □ Mədəni adam.
3. Mədəniyyətlə bağlı olan, mədəniyyətə aid olan. □ Əhalinin mədəni inkişafı. Xalqlar arasında mədəni əlaqə. Mədəni xidmət.
4. Əkilən, becərilən (yabanı, cır ziddi). □ Mədəni bitkilər.

mədəni2 [mə:dəni] sifət ərəb

Mədəndən çıxarılmış mineraldan ibarət olan, mineraldan düzəldilmiş. □ Mədəni gübrə.

See also:

coğrafiya: mədəni landşaft Azərbaycan dilinin izahlı lüğəti