lat. medium – ara, vasitəçi
Auditoriyanın daim yenilənən informasiya tələbatını ödəyən mürəkkəb struktura malik kreativ iqtisadiyyat.
Bu sənaye müxtəlif növ media məhsulları istehsal etməklə sahələrə bölünür: çap (qəzet, jurnal, kitab və s.); səs yazıları (qrammofon yazıları, maqnit yazıları, CD-lər, DVD-lər və s.); kino; radio; televiziya; internet (veb-saytlar, bloqlar, podkastlar və s.); mobil telefonlar. XX əsrin ikinci yarısından M.S. sürətlə inkişaf edir və onun strukturu getdikcə şaxələnir.
Jurnalistika terminləri lüğəti