Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MEHRİ

fars. mehr sözündən olub, dostluq, məhəbbət, həmçinin günəş (Mitranın sinonimidir) anlamlarını ifadə edir.

Qədim astrologiyaya əsasən, Mehr günəşdir, rəşadət, qəhrəmanlıq simvoludur. Qədim şəmsi təqvimində isə aylardan birinin adıdır. Mehr ayında da vaxtilə bayram kimi təntənəli qeyd edilən Mehr günü olmuşdur. Payızın əvvəllərinə təsadüf edən bu mərasim təxminən Novruz bayramı səviyyəsində keçirilirmiş. Məlum oduğu kimi, Azərbacan dilində söz sonunda iki samitin yanaşı gəlməsi zamanı tələffüzdə ağırlıq yarandığından, mehr sözü dəyişdirilərək Mehri formasına düşmüşdür. Azərbaycan antroponimikasında Mehri qadın adı ilə yanaşı tərkibində Mehri adının işləndiyi qadın adları da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti