Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

məncə

1. Düyü çörəyi.

2. Plov. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu dedi:

– Paşa sağ olsun, şərabı ac qarına içdim deyə ürəyim gedir, bir az məncə olsaydı, yeyib hala gələrdim, yaxşı çalıb-oxuyardım.

Paşa dedi:

– Vəzir, bir dolu tuluq şərab içən adam gör nə qədər məncə yeyər?

Vəzirin əmri ilə paşanın mətbəxindən bir məcməyi məncə, üstünə də ət qalayıb gətirib Koroğlunun qabağına qoydular. Koroğlu ... qollarını çırmaladı, ac qurd kimi plovu, əti, əlinə keçəni qarnına doldurdu. (Paris nüsxəsi, 9-cu məclis)

Azərbaycan dastanlarının leksikası