Reklam
Reklam

Tarix terminləri lüğəti

mennoçular

XVI əsrin 30–40-cı illərinin qovuşuğunda Niderlandda yaranmış protestant təriqəti.

Katolik keşişi Menno Simonsun adı ilə bağlı olan bu təriqətin əsasında zülmə müqavimət göstərməmək ideyası durur. Onun başlıca müddəaları “Bizim ümumi xristian inancının əsas maddələri bəyannaməsi”ndə (1632) əksini tapıb. İtaətkarlıq, tərki-dünyalıq, zorakılıqdan (xeyirxah məqsədlər naminə belə) imtina, əxlaqi özünütəkmilləşdirmə, pasifizm (hərbi xidmətdən imtina) M.-ın səciyyəvi cəhətləri sayılır. Onlar İsa Məsihin “ikinci zühurunu” və “minillik hökmranlığını” gözləyirlər. M., əsasən, ABŞ, Kanada, Niderland və Almaniyada yaşayırlar, icmalarla qapalı fəaliyyət göstərir, müasir sivilizasiyadan qaçmağa çalışırlar. 1930-cu ildən Ümumdünya M. konfransı təsis olunub.

Tarix terminləri lüğəti