Sözün ifadə olunan fikirdəki xüsusi əhəmiyyətini nəzərə çatdırmaq məqsədilə cümlədəki başqa sözlərə nisbətən daha qüvvətli tələffüz edilməsi.
Azərbaycan dilində məntiqi vurğu, adətən, xəbərin yanında işlənmiş cümlə üzvünün üzərinə düşür:
1. Mən sabah kəndə gedirəm.
2. Sabah kəndə mən gedirəm.
3. Mən kəndə sabah gedirəm.
Sözlərin yerini dəyişmədən də məntiqi vurğunu dəyişə bilərik. Lakin bu qayda şifahi nitqə aiddir. Yazılı nitqdə məntiqi vurğulu söz yalnız xəbərin yanında olan söz hesab olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti