Tələb olunan, arzulanan, istənilən şey; arzu, istək.
Flektivlik baxımından tələb sözü ilə eyniköklüdür.
Diləfruzun dedicəyin tutasan,
Səni görüm mətlubuna çatasan,
Mənim daşım bu yerlərdən atasan,
Sənin həkimliyin nə nişanınan?
*
Mən Əzizəm, dedicəyin tutaram,
Allah versə, mətlubuma çataram,
Sənin daşını bu yerlərdən ataram,
Mənim həkimliyim bu nişanınan?
(“Məsim və Diləfruz”)
Azərbaycan dastanlarının leksikası